Dünya 20:50 28.11.2013

Iranda növbəti dəhşətli zəlzələ

İranın Buşəhr vilayətində Borazcan şəhərindən14 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə İranSeysmoloji Xidməti xəbər yayıb.Yerli vaxtla saat 17:21-də baş vermiş zəlzələ nəticəsində bəzievlərə ziyan dəydiyi bildirilir.

"Fars" agentliyinin məlumatına görə, zəlzələninmərkəzi Buşəhr şəhərinin 65 kilometrliyində yerləşən Borazcan şəhəridir. ZəlzələBuşəhr əyalətinin bütün bölgələrində hiss olunub. Əhali təşviş içində küçələrəaxışıb.

IRINN kanalının məlumatına görə, Buşəhr vilayətbaşçısının müavini Şapur Rüstəmi deyib ki, Dəştestan və Borazcan şəhərlərindəelektrik enerjisi kəsilib, rabitə və digər infrastruktura ziyan dəyib.

Hazırda həmin şəhərlərə və ətraf yaşayış məntəqələrinəxilasedicilər və ekspert qrupu göndərilib.

Qaynar.info