İranda təhlükəsizlik əməkdaşları silahlı hücuma məruz qalıb.
Qaynarinfo xəbər verir ki, Sistan-Bəlucistanın İranşəhr bölgəsində terrorçular polisləri hədəf alıb. Hücum zamanı bir polis öldürülüb, üçü yaralanıb.
Cinayətkarlar motosikletlə hadisə yerindən uzaqlaşıb. Onları yaxalamaq üçün ərazidə əməliyyat başlayıb.
Gülşən
Şərhlər