Xəbər lenti

İranda qida və dərman sıxıntısı başlayıb
Dünya 14:41 11.11.2018

İranda qida və dərman sıxıntısı başlayıb

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İranda dərman və qida qıtlığı yarana bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Həşmətullah Fəlahətpişə deyib. O, ABŞ xarici işlər naziri Mayk Pompeonun işlətdiyi, "Əgər İran rəhbərliyi xalqın yemək yeməsini istəyirsə, ABŞ-la hesablaşmalıdırlar", fikrini şərh edib.

"ABŞ sanksiya tətbiq etməklə İranı zəiflədəcəyini düşünür, lakin bu sanksiyalar əksinə İran xalqının birlik və bərabərliyini daha da gücləndirir. Dərman sektorunda sıxıntılar xərçəng və xroniki xəstəliklərə aid dərmanlarda başlayıb. Ölkədə dərmanların 90 faizi istehsal olunur. Lakin 5-10 faizi xaricdən gətirilir. Bank sektorundakı sanksiyalar səbəbindən dərman və qida sektorunda sıxıntılar müşahidə edilə bilər", - deyə komissiya sədri bildirib.

Həşmətullah həmçinin bildirib ki, Vaşinqton bu yolla xalqı dövlətdən ayırmağa çalışır, lakin buna nail ola bilməyəcək.

ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayn Huk isə sanksiyaların hədəfinin İran xalqı deyil, İran rejimi olduğunu və bu səbəbdən də dərman və qida sektoruna sanksiya tətbiq edilmədiyini vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->