İranın şimal-şərqində davam edən şiddətli yağışlardan sonra güclü sel və daşqınlar meydana gəlib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sel nəticəsində 11 nəfər dünyasını dəyişib, 2 nəfər isə itkin düşüb. Bu barədə məlumatı İranlı Tələbələr İnformasiya Agentliyinə İran Qızıl Aypara cəmiyyətinin rəhbəri Murtuza Səlimi verib.
Səlimi "Xorasanda 8, Gülüstanda 2, Şimali Xorasanda isə 1 nəfər dünyasını dəyişib. Gülüstanın Əli Abad bölgəsində isə 2 nəfər itkin düşüb" deyib.
Fəlakətin baş verdiyi ərazilərdə axtarış xilasetmə tədbirləri həyata keçirilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər