Xəbər lenti

Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqlədi: Andrey Belousov müdafiə naziri oldu
Dünya 23:05 14.05.2024

Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqlədi: Andrey Belousov müdafiə naziri oldu

Rusiya Prezidenti Vladimir Putin yeni nazirləri və baş nazirin müavinlərini təyin edib. Dövlət başçısının müvafiq sərəncamları artıq dərc olunub. Yeni təyinatlar arasında ən diqqətçəkən məqam Müdafiə Nazirliyinin rəhbərliyinə Andrey Belousovun gətirilməsi olub.


Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər əvvəllər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib.


Ümumilikdə hökumətin tərkibinə baş nazir, onun 10 müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib. Beş nazir birbaşa prezidentə hesabat verir: Bunlar Daxili İşlər, Xarici İşlər, Müdafiə, Fövqəladə hallar və Ədliyyə nazirliklərinin rəhbərləridir. Qalanların fəaliyyətinə hökumətin sədri rəhbərlik edir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->