Xəbər lenti

Azərbaycana keçmək istəyən 36 nəfər saxlanıldı (FOTO)
Ölkə 19:52 14.05.2024

Azərbaycana keçmək istəyən 36 nəfər saxlanıldı (FOTO)

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->