Xəbər lenti

Tanınmış aparıcı vəzifəyə təyin olundu
Ölkə 18:40 14.05.2024

Tanınmış aparıcı vəzifəyə təyin olundu

Aparıcı Namidə İsayeva "Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat paylaşıb.

"TƏBİB ailəsində yola davam. Görüləcək işlər çox, məsuliyyət böyük…", deyə Namidə İsayeva qeyd edib.

Xatırladaq ki, əmək fəaliyyətinə "Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan N. İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib. 2019-cu ildən "Lider TV"də "Həkimim” verilişində, daha sonra "Xəzər FM"də yayımlanan "Radio Doktor” verilişi və ARB telekanalında yayımlanan "Yeni mən” verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən "Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->