Xəbər lenti

Dünya 11:33 26.03.2019

İranda sel qurbanlarının sayı artır

İranda müşahidə edilən sel nəticəsində ölənlərin sayı artır.

Qaynarinfo xəbər verir ki, Şiraz şəhərində baş verən sel qurbanlarının sayı 18-ə çatıb, 94 nəfər yaralanıb. Həyatını itirənlərdən 4-ü azyaşlıdır. Çay və su anbarlarında su səviyyəsi yüksəldiyi üçün kəndlər daşqın təhlükəsi ilə üz-üzə qalıb. 

İranlı rəsmilər növbəti 48 saat ərzində Tehran və Xuzistanda sel təhlükəsi barədə xəbərdarlıq edib. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->