Təyyarə qəzasında ölən ukraynalıların nəşi ölkələrinə gətirildi (FOTOLAR)

Təyyarə qəzasında ölən ukraynalıların nəşi ölkələrinə gətirildi (FOTOLAR)

İranın səhvən raketlə vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyarəsində ölən ukraynalıların nəşi bu gün ölkələrinə göndərilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, cənazələrin gətirildiyi təyyarə Kiyev Borispol Hava Limanında ölkə başçısı Vladimir Zelenski və Ukraynanın baş naziri Aleksey Qonçarukun da iştirak etdiyi rəsmi mərasimlə qarşılanıb. Mərasimdə iştirak edən Ukrayna Hava Yolları şirkətinin işçiləri həyatını itirən əməkdaşlarının tabutlarının aparılması zamanı göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, sözügedən qəza yanvarın 8-də baş vermiş və hadisə nəticəsində 9-u ekipaj üzvü olmaqla, 176 nəfər həyatını itirmişdi. Ölənlərin 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10- İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya və 3-ü də İngiltərə vətəndaşıdır.

Camal
XƏBƏRLƏR
BLOGLAR