Xəbər lenti

Dünya 23:27 11.03.2020

İranda vitse-prezidentlə iki nazir koronavirusa yoluxdu

İranın vitse-prezidenti Eshak Cahangiridə, Turizm və mədəni irs naziri Əli Əsgər Munesanda, Ticarət, sənaye və mədən naziri Rza Rəhmanidə koronavirus aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fars” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Rza Rəhmani ötən gün karantində saxlanıldığı xəstəxanadan evə buraxılmışdı.

İranda 9 mindən çox insan koronavirusa yoluxub. 354 nəfər isə dünyasını dəyişib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?