Xəbər lenti

Ölkə 15:17 16.10.2013

İranda zəlzələ oldu

Bu gün günorta saatlarında İranın Mərkəzi vilayətində zəlzələ baş verib

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Mərkəzi vilayətinin Nobaran bölgəsinə təsadüf edib.

4,7 bal gücündə olan zəlzələ oktyabrın 16-da Bakı vaxtı ilə günorta saat 12:49-da (Tehran vaxtı ilə 12:19-da) yerin 2 km dərinliyində qeydə alınıb. Təbii fəlakət Nobarandan 15 km, Qarqdan 17 km, Razəqandan 18 km və Tehrandan 154 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->