Xəbər lenti

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)
Siyasət09:35 03.05.2024

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib.
Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini Modern.az-a müsahibələrində bildiriblər.
Artıq bəzi partiyalar seçkilərə hazırlığa start veriblər. Bununla yanaşı, tanınmış şəxslər də deputat olmağı hədəfləyirlər.
Maraqlıdır, sabiq xarici işlər naziri Elmar Məmmədyarovu da parlamentdə görə bilərikmi?
Modern.az saytı bu sualla onun özünə müraciət edib. Eks-nazirin cavabı belə olub:
"İnanmıram ki, bu mənim üçün yaxşı fikir olar. Yəqin ki, bu, mənə görə deyil”.