Xəbər lenti

ABŞ və Səudiyyə Qəzzada təhlükəsizlik paktı ilə bağlı razılaşmaya yaxındır -
Dünya 13:52 03.05.2024

ABŞ və Səudiyyə Qəzzada təhlükəsizlik paktı ilə bağlı razılaşmaya yaxındır - "Reuters"

ABŞ və Səudiyyə Ərəbistanı Qəzza zolağında sülhün təmin edilməsinə dair razılaşmanı yekunlaşdırır.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Bu, Qəzzadakı münaqişənin necə inkişaf edəcəyinə dair qeyri-müəyyənlik kimi çoxsaylı maneələrlə üzləşən uzunmüddətli strategiyadır.

ABŞ və Səudiyyə Ərəbistanı nümayəndləri hazırda İsrailin Baş naziri Benyamin Netanyahuya təqdim olunan daha geniş paketin bir hissəsini təşkil edəcək ikitərəfli təhlükəsizlik sazişinə üstünlük veriblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller cümə axşamı günü "Biz paketin ABŞ-Səudiyyə hissəsi ilə bağlı razılığa gəlməyə çox yaxınıq" deyib və təfərrüatların "çox qısa müddətdə" razılaşdırılacağını proqnozlaşdırıb.

Planın bu hissəsi, çox güman ki, krallığı qorumaq üçün ABŞ-ın rəsmi zəmanətlərini, həmçinin Çindən silah alışının dayandırılması və Pekinin ölkəyə sərmayə qoyuluşunu məhdudlaşdırması müqabilində Səudiyyə Ərəbistanının daha müasir Amerika silahlarına çıxışını tələb edəcək.

Məsələ ilə tanış olan insanların sözlərinə görə, ABŞ-Səudiyyə təhlükəsizlik sazişinin Ər-Riyadla süni intellekt də daxil olmaqla qabaqcıl texnologiyanın paylaşılmasını da əhatə edəcəyi gözlənilir.

Anonimlik şərti ilə ABŞ rəsmisi bildirib ki, şərtlər yaxın həftələrdə razılaşdırıla bilər.

Çox güman ki, Netanyahunun daha geniş sövdələşməyə qoşulması üçün qarşılaşacağı şərtlər arasında Qəzzada müharibənin dayandırılması və Netanyahunun qəti şəkildə müqavimət göstərdiyi Fələstin dövlətçiliyinə gedən yolda razılıq daxil olacaq.

Normallaşma sazişi həmçinin İsrailin əzəli düşmən İrana qarşı müdafiəsini gücləndirəcək və ABŞ prezidenti Co Baydenə noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi diplomatik qələbə qazandıracaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->