Xəbər lenti

Rusiya, Çin və İran ABŞ universitetlərində münaqişələri qızışdırmağa çalışırlar - NYT
Dünya 13:05 03.05.2024

Rusiya, Çin və İran ABŞ universitetlərində münaqişələri qızışdırmağa çalışırlar - NYT

Rusiya, Çin və İran universitet şəhərciklərində Qəzzadakı vəziyyətlə bağlı etirazlar fonunda amerikalı tələbələr arasında və bütövlükdə ABŞ-da gərginliyi artırmaq üçün dövlət nəzarətində olan mediadan, habelə həqiqi olmayan hesablardan, sosial media botlarından və ya saxta onlayn nəşrlərdən istifadə edir. 

Bu barədə Qaynarinfo "The New York Times”a istinadən xəbər verir.

Nəşr Rusiya Federasiyası, Çin və İranın ABŞ-da etirazları maksimum dərəcədə artırmaq üçün həm açıq, həm də gizli səylərini aşkar edən tədqiqatçılarla söhbət edib.

Ekspertlər etiraz aksiyaları təşkil etmək və ya zorakılıq törətmək üçün birbaşa cəhdlər aşkar etməyiblər. Daha doğrusu, diqqət mərkəzində Qəzza müharibəsinin Birləşmiş Ştatların ictimai rəyində görünən fikir ayrlığını, eləcə də bu parçalanmanın ABŞ hökumətinin siyasətinə potensial təsirini işıqlandırmaqdır. 

Təkcə son iki həftə ərzində Rusiya, Çin və İranın dövlət mediası etirazlarla bağlı ingilis dilində 400-ə yaxın məqalə dərc edib. Bu ölkələr həmçinin X və Telegram kimi sosial media platformalarında həqiqi olmayan hesablardan və ya botlardan kontent dalğasına başlayıblar. Həmçinin Qərb xəbər agentliklərini imitasiya edən internet saytlarından da istifadə olunur.

Son həftələrdə ABŞ-ın universitet şəhərciklərindəki artan etirazlar, onların təbliğatlarını prezident Co Bayden administrasiyası tərəfindən İsrailin güclü dəstəyinə yönəltməyə imkan verdi və bunun beynəlxalq nüfuzuna xələl gətirdiyini və Amerika xalqının əhval-ruhiyyəsini əks etdirmədiyini iddia etdi.

Çin, Rusiya Federasiyası və İran ABŞ polisinin tələbələrə qarşı hərəkətlərinin dövlət "totalitarizminin” təzahürü kimi qiymətləndirilməsini də təşviq edir.

Tədqiqatçılar, məsələn, dövlət məmurlarının və ya diplomatların saxta səhifələrindən gələn mesajları repost edən nisbətən populyar sosial media hesabları aşkar edirlər. Bəzən bu cür mesajlarda amerikalı tələbələrə təcavüzkar hərəkətlərə çağırışlar olur.

Təsir əməliyyatları Clemson və NewsGuard, Strateji dialoq institutu, Demokratiyaların müdafiəsi fondu, Avstraliya Strateji siyasət institutu və Recorded Future şirkətinin təhiqaqatçıları tərəfindən izlənilib.

Onlar qeyd edirlər ki, etirazlara diqqət ABŞ-ın İsrail, Tayvan və Ukraynaya 95,3 milyard dollarlıq yardım paketini gözdən salmaq üçün analoji səylərdən sonraya təsadüf edir.

Xatırladaq ki, bir sıra ABŞ universitetlərinin kampuslarında, əsasən İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı etirazlar davam edir. Bəzən aksiyalar zamanı polislə toqquşmalar olur.

Məsələn, bu yaxınlarda Nyu Yorkdakı Kolumbiya Universitetinin ərazisində tələbələr tədris binalarından birini ələ keçiriblər. Polis hadisəyə müdaxilə edib və universitet ərazisini təmizləyib. Onlarla tələbə həbs edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->