
Qarabağ və Şərqi Zəngəzurda səfər edən diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Cıdır düzündə olublar.
Qaynarinfo xəbər verir ki, diplomatik korpusun nümayəndələri ABŞ-da 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar Şuşada, Cıdır düzündə terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqlar bu ərazinin tarixi-mədəni əhəmiyyəti və Cıdır düzündən açılan mənzərələrlə tanış olublar.