Hindistanda 101 yaşlı Nadar Sinqh bir neçə il əvvəl yerli hakimiyyət orqanlarının səhvən onu ölü elan etməsindən sonra müstəqillik uğrunda mübarizə iştirakçısı kimi ona düşən pensiyanın ödənilməsinə nail olmağa çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.
Kişi Hicravan-Kalan kəndində yaşayır və Hindistan Milli Ordusunda xidmət etdiyini bildirir. Britaniya Hindistanının bölünməsindən sonra Pakistandan köçən Sinqhin şəxsiyyətini və xidmətlərini təsdiqləyən sənədlər yanğın zamanı məhv olub.
Ailəsinin sözlərinə görə, bu səbəbdən uzun illərdir ona düşən pensiyanı rəsmiləşdirə bilmir. Vəziyyət təxminən üç il əvvəl daha da çətinləşib. Həmin vaxt yerli administrasiya Sinqhi rəsmi olaraq ölən şəxslər siyahısına daxil edib.
Daha sonra səhv düzəldilsə də, pensiya ödənişləri ilə bağlı problemlər aradan qalxmayıb.
Bundan başqa, Müstəqillik Günü münasibətilə Nadara kəndində xatirə abidəsi quraşdırılıb və Sinqhin adının yanında “vəfat edib” yazılıb. Administrasiya yazının səhvən əlavə edildiyini və ailənin şikayətindən sonra silindiyini bildirib.
Aydın
Şərhlər