XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şuşada diplomatların uşaqlarla səmimi görüşü: "Bütün dünya sizi görməyə gəlib"
Ölkə20:29 11.09.2026

Şuşada diplomatların uşaqlarla səmimi görüşü: "Bütün dünya sizi görməyə gəlib"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şuşaya bugünkü səfərinin ən səmimi və yaddaqalan məqamlarından biri uşaqlarla gözlənilməz görüş olub.

Qaynarinfo xəbər verir ki, diplomatlar şəhərin Birinci yaşayış məhəlləsinin kiçik sakinləri ilə söhbət ediblər.

Uşaqlar qonaqlara hansı ölkələri bəyəndiklərindən danışıb, zarafatlaşıb və suallara maraqla cavab veriblər. Diplomatlar da uşaqlarla söhbət etməkdən məmnun olublar və hətta onlarla Azərbaycan dilində danışaraq kiçik sakinləri çox təəccübləndiriblər.

Söhbətdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

"Bütün dünya sizi görməyə gəlib", - o, uşaqlara deyib.

Uşaqların diplomatlarla səmimi söhbəti rəsmi səfərə xüsusi səmimi çalar qataraq, Şuşaya səfərin parlaq epizoduna çevrilib.