"Bu gün bağça 5-6 saatlıq uşağı saxlamaq rolunu oynayır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri ilin sonuna kimi 12 min bağça müəlliminin sertifikasiya imtahanlarından keçirilməsi ilə bağlı qərarın üstünlüklərindən danışarkən deyib.
O, hər il yüzlərlə kadr yetişdirildiyini bildirib:
"Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, bir neçə özəl universitetlərdə məktəbəqədər təhsil ixtisasları var. Hər ildə bu universitetlər 100-lə məzun buraxır. Hətta əvəllər məktəbəqədər təhsil kolleclərdə də var idi. Sonradan bu ixtisas kolleclərdən yığışdırılıb. Bəs, bu məktəbi bitirən diplomlu kadrlar harada işləməlidir? Bağçalarda işləməlidirlər. Amma bu əvəllər mümkün deyildi. Nəyə görə? Bağçalar uzun illər Elm və Təhsil Nazirliyinin deyil, yerli icra orqanlarının tebeliyində olub”.
Elmin Nuri bunun bağçaların pedaqoji, metodoloji istiqamətinə ciddi zərbələr vurduğunu vurğulayıb: "Çünki bağça təhsil-tədris predmetidir. Amma metodoloji nəzarətdən çıxarılıb".

Elmin Nuru bunları gənc kadrlar əvəz etməyin vacibliyini qeyd edib:
"Gənc kadrlar buna hazırdırlar. Amma məsələ nədir? Bu gün bağçalar gənc kadrlar üçün öz cazibəsini artırmalıdır. Bağça müəlliminin əmək haqlarının artırılmasına ehtiyac var, onlar xüsusi layihələrə cəlb olunmalıdır. Dövlət bağçalarında metodiki proses özəl bağçalardan çox geri qalır. Ancaq bağçalar az qala dayəlik institutlarına çeviriliblər. Valideynlər işlədiyindən məcburi şəkildə uşağını səhər bağcaya qoyur və axşam götürür. Bu müddətə uşaq nə öyrənir? Şəxsən dövlət bağçalarında heç nəyi. Yaxşı istisnalar da var. Bağçalarda kəmiyyət məsələsində problem yoxdur. Məsələr keyfiyətdədir. Bu gün keyfiyət yoxdursa mən böyük kəmiyyəti neynirəm? Bu gün bağça uşağa ilkin bünövrəni verə bilmir".
Elmin Nurinin fikirincə, bu gün bağça 5-6 saatlıq saxlamaq rolunu oynayır:
"Vəssalam. Praktikada hər yaşa görə iş mexanizmi, oyun əsaslı tapşırıqlar yoxdur. Kağızda ola bilər, praktikada yoxdur. Biz demirik ki, dövlət bağcaları özəllər kimi əlavə rəqs və dil dərnəyi təşkil etsin. Ona ehtiyac da yoxdur. Heç olmasa oyun əsaslı proqramı həyata keçirsin. Bunu kənd müəllimləri daha çox istəməlidirlər. Gənc metodist hər uşağa bir kadr kimi yanaşmalıdır. Onlar özlərini xırda işlərlə məşğul olan şəxs kimi görməməlidirlər. Onlar inkişaf etməlidirlər. Varmı, xeyir. Kitab mağazalarını gəzirəm, bağça müəllimləri üçün bir dənə kitab yoxdur. Nəyə görə bir nəşriyyat bağça müəllimləri üçün kitab nəşr etməsin. Problem çoxdur".
Qeyd edək ki, 2026-cı ilin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcəyi ilə bağlı qərar var. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov konfransda çıxışı zamanı bildirib.
Bahar Rüstəmli
Şərhlər