XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"DivanChi Interiors"un rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu
Ekonomiks14:50 11.09.2026

"DivanChi Interiors"un rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu

Azərbaycanda fəaliyyət göstərən mebel istehsalı şirkətlərindən biri olan “DİVANÇI.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri barəsində məhkəmə qərarı verilib.

Qaynarinfo-nun məlumatına görə, bazarda “DivanChi Interiors” brendi adı altında fəaliyyət göstərən şirkətin rəhbəri barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Müraciətdə bildirilib ki, MMC-nin İşsizlikdən Sığorta Fonduna 117,81 manat, dövlət büdcəsinə 20 112,82 manat (o cümlədən vergilər üzrə 13 066,02 manat, faizlər üzrə 6 046,80 manat, maliyyə sanksiyası üzrə 1 000 manat), İcbari Tibbi Sığorta Fonduna 497,10 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 3 058,86 manat olmaqla, ümumilikdə 23 790,58 manat borcu var.

Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədilə vergi ödəyicisinə xəbərdarlıq edilsə də, “DivanChi Interiors” brendi adı altında fəaliyyət göstərən şirkət tərəfindən sözügedən borcun ödənilməsi təmin olunmayıb.

Nəticədə idarə tərəfindən məhkəməyə müraciət edilib.

Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməyib və gəlməməsinin səbəbləri barədə məlumat verməyib.

Məhkəmənin qərarı ilə MMC-nin qanuni təmsilçisi Hüseynli Zülfüqar Azər oğlunun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, MMC-nin rəsmi veb-səhifəsində şirkətin təsisçisi Fərrux Əliyev adlı şəxs göstərilib.

Aydın

Fərrux Əliyev