XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İspaniya Qərbi Saharanın 100 min sakininə vətəndaşlıq vermək istəyir
Dünya14:34 11.09.2026

İspaniya Qərbi Saharanın 100 min sakininə vətəndaşlıq vermək istəyir

İspaniya parlamentinin aşağı palatası 1977-ci ildən əvvəl Qərbi Saharada doğulmuş şəxslərə və onların birbaşa nəsillərinə İspaniya vətəndaşlığının verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Həmin dövrdə region İspaniyanın idarəçiliyi altında olub.

Qaynarinfo xəbər verir ki, təşəbbüsü 168 deputat dəstəkləyib, 31 deputat əleyhinə səs verib, 145 deputat isə bitərəf qalıb. “Reuters”in məlumatına görə, qanunun qəbul edilməsi Qərbi Saharanın 110 minədək sakininə İspaniya vətəndaşlığına müraciət etmək imkanı verə bilər.

Agentlik qeyd edir ki, qanunun qəbulu İspaniyanın Mərakeşlə münasibətlərini pisləşdirə bilər. Rabat hələlik İspaniyanın bu təşəbbüsünə qarşı rəsmi mövqe bildirməyib.

Qərbi Sahara mübahisəli ərazidir. Ərazinin 80 faizinə faktiki olaraq Mərakeş nəzarət edir. Qalan 20 faizə ölkənin müstəqilliyini müdafiə edən hərbi-siyasi təşkilat “Polisario Cəbhəsi” nəzarət edir. Təşkilatı Əlcəzair dəstəkləyir. Mərakeş hakimiyyəti isə dəfələrlə İspaniyanı separatçılara rəğbət bəsləməkdə ittiham edib.

Qərbi Sahara 1884-1976-cı illərdə İspaniyanın hakimiyyəti altında olub. Madrid uzun illər Qərbi Saharanın gələcəyini müəyyənləşdirəcək referendumun keçirilməsi ideyasını dəstəkləyib. Lakin 2022-ci ildə Mərakeşin bu əraziyə dair iddialarını qəbul edib.

Bu ilin yayında İspaniya ilə Mərakeş arasında münasibətlər İspaniyaya məxsus Seuta şəhərində baş verən miqrasiya böhranından sonra gərginləşib. Bəzi ekspertlər hesab edirlər ki, Rabat İspaniyanın Əlcəzairlə yaxınlaşmasından narazılığını “ispaniyalı həmkarlarına çatdırmaq” məqsədilə miqrant axınının artmasına qəsdən şərait yarada bilərdi.

Aydın