Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələri Şuşa şəhərinin Birinci yaşayış məhəlləsini ziyarət ediblər.
Qaynarinfo xəbər verir ki, "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar məhəllədə aparılan bərpa-tikinti işləri ilə tanış olublar.
Qonaqlara burada yaradılmış şərait və həyata keçirilmiş layihələr barədə məlumat verilib.
Qeyd edək ki, nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Nümayəndə heyətinə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə daxildir.
Şərhlər