İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Bəkiri sentyabr ayında İraqda keçiriləcək referendum barədə danışıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Məsud Barzaninin rəhbərlik etdiyi İraq Kürd dövlətinin müstəqilliyi məqsədilə keçiriləcək referendum Bəkiri tərəfindən "qəbuledilməz" adlandırılıb.
O bildirib ki, müstəqil Kürd dövləti bölgədə yeni problemlərin yaranmasına gətirib çıxaracaq. Məhəmməd Bəkiri həmçinin İraqın torpaq bütövlüyünü dəstəklədiklərini və İraq hökümətinin İŞİD-lə mübarizə apardığı bir dövrdə bu məsələnin müzakirə mövzusu edilməsinin yolverilməz olduğunu qeyd edib.
Şərhlər