Rəsmi Tehran Bəşər Əsəd rejimin dəyişdirilməsinə yaşıl işıq yandırdıDünya Suriyada Bəşər Əsəd rejiminin ən böyük dəstəkçilərindən biri olan İran İslam respublikası bu ölkədə xalq tərəfindən seçiləcək lideri tanıyacağını açıqlayıb. “İRNA” agentliyinin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani deyib. Məlumata görə, Ruhani ötən gün Tehranda çıxışında, “Suriyada xalq kim tərəfindən idarə edilmək istəyirsə biz də onu qəbul edəcəyik” – deyib.
“Əl Ərəbiyyə” telekanalı indiyə qədər Bəşər Əsəd rejiminə qeyd-şərtsiz dəstək verən rəsmi Tehranın ilk dəfə bu istiqamətdə fərqli fikir irəli sürdüyünü vurğulayıb.
Qaynar.info
Şərhlər