Dünya 09:18 11.04.2021

İranın Nətənz Atom Elektrik Stansiyasında qəza

Iranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib. 

Behruz Kəmalvəndi deyib ki, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.

O qeyd edib ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır və bu haqda məlumat veriləcək.