Dünya 18:40 27.02.2020

İranın vitse-prezidenti koronavirusa yoluxdu, keçmiş səfir öldü

İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb. 

Məsumə Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidi.

İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə koronavirusdan ölüb. O, virusun tüğyan etdiyi Qum şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb. Eyni zamanda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.