Xəbər lenti

İranlı mühəndislərin hazırladığı yerli avtomobil gündəm oldu (FOTOLAR)
Foto 22:00 14.10.2018

İranlı mühəndislərin hazırladığı yerli avtomobil gündəm oldu (FOTOLAR)

Daha öncə "Citroen" və "Peugeot"u nümunə götürərək, yerli avtomobilini istahsal edən İran indi də "Lamborghini Murcielago"nun eynisini hazırlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iranlı mütəxəssislərin yığdıqları avtomobil dünya gündəminə düşüb.

İstehsaldan yığışdırıan "Lamborghini Murcielago" Təbriz şəhərində hazırlanıb.

Layihə üzərində böyük həssaslıqla işlənildiyi və bütün detalların orjinal modelə uyğun olduğu açıqlanıb.

İran sözügedən avtomobilin istehsalı üçün İtaliyadan icazə alıb. Avtomobili hazırlayan heyətin başında dayanan Məsud Muradi idman avtomobili hazırlamaqda təcrübə toplamaq üçün bu layihəni gerçəkləşdirdiklərini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->