İrəvanın KTMT-yə bir illik rəhbərliyi: Azərbaycana yönəlik nəsə dəyişə bilərmi?

İrəvanın KTMT-yə bir illik rəhbərliyi: Azərbaycana yönəlik nəsə dəyişə bilərmi?

"Bu yöndə fikirlər səslənsə də, Ermənistanın KTMT-yə bir il müddətində rəhbərlik etməsi qurumun Azərbaycana yönəlik konkret siyasətinin dəyişməsinə gətirib çıxarmayacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri sentyabrın 16-dan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyin Ermənistana keçməsi fonunda qurumun Azərbaycanla bağlı siyasətinin hansı istiqamətə yönələcəyinə aydınlıq gətirərkən deyib.
 


Həmsöhbətimiz bildirir ki, KTMT-də İrəvan sədrliyə keçsə də, əsas qüvvə Rusiyadır: 

"İrəvanın müəyyən müddət quruma sədrlik etməsinə baxmayaraq, burada əsas qüvvə Rusiyadır. Moskva isə özünü Bakı ilə yaxın, dost dövlət qismində göstərməyə çalışır. Moskva həm də Qarabağda sülhməramlı statusunda çıxış edir. Bundan başqa, Azərbaycan Ermənistan sərhədinin müəyyən olunması və kommunikasiyaların açılmasında vasitəçilik edir. Ona görə Rusiyanın bu yöndə siyasəti dəyişməyincə, KTMT-də rəhbərlik İrəvana keçsə də, qurumun konkret Azərbaycana qarşı hansısa ciddi addımlar atmağa cəhd edəcəyini düşünmürəm”. 

Politoloq qeyd edir ki, KTMT-dəki digər ölkələr də İrəvanın sədrlik fürsətindən "yararlanaraq” qurumu Azərbaycana qarşı yönəltmək cəhdinə qarşı çıxacaqlar:  "Qazaxıstan, Qırğızıstan kimi türk cümhuriyyətləri, Belarus kimi Azərbaycana dost ölkələr var. Hansı ki, onlar Bakıya münasibətdə KTMT-nin Azərbaycan əleyhinə qərarlar qəbul etməsinə imkan verməzlər. Ona görə də İrəvanın KTMT-yə rəhbərlik etməkdən istifadə edərək, onu Azərbaycana qarşı yönəltmək cəhdləri nəticəsiz qalacaq. Ermənistanın bir illik sədrliyi mahiyyət etibarı ilə bu məsələdə heç nəyi dəyişməyəcək”. 

Ekspertin fikrincə, Azərbaycanın bu yöndə həssas davranması da İrəvana bu çirkin istəyini həyata keçirməyə imkan verməyəcək: 

"Bakı Ermənistanla sərhəd zonasında yalnız keçmiş SSRİ xəritəsi əsasında birtərəfli qaydada möhkəmlənir. Ermənistan istəsə də, istəməsə də bu belədir. Azərbaycanın bu cür davranışı Rusiya tərəfindən də təkzib olunmur. Çünki Moskva da Azərbaycanla Ermənistan arasında sərhədin məhz SSRİ xəritəsi əsasında müəyyənləşməsinə razıdır. Belədə, KTMT-nin Ermənistan sədrliyi dövründə belə, Azərbaycan əleyhinə hansısa qərarlar qəbul etmək imkanı olmayacaq”. 

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X