Xəbər lenti

İrqçi ev sahibinə gözlənilməz cəza
Dünya 16:03 14.07.2017

İrqçi ev sahibinə gözlənilməz cəza

Tami Barker adlı ABŞ vətəndaşı Asiya əsilli qadına kirayə ev verməkdən imtina etdiyi üçün cəzalandırılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qısamüddətli ev kirayələri elanlarının yer aldığı "Airbnb" şirkətindən ev kiraləyən qadın əraziyə çatmamışdan dəqiqələr əvvəl rezervasiyası ləğv edilib. 

Barker Asiya əsilli ABŞ vətəndaşı olan qadına "Tək kəlmə hər şeyi ifadə edir, asiyalı, dünyadakı son insan olsan da, evimi yenə də sənə kirayə vermərəm" deyib.

İrqçilik edən Tami Barker bu hərəkətinə görə 5 min ABŞ dolları məbləğində pul, vətəndaş hüquqları qurumunda və bir universitetin Asiya-Amerika bölməsində dərs almaq cəzası verilib.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->