İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov məlumat verib.
Həkim qeyd edib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, o müalicəsini ev şəraitində davam etdirəcək.
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.
Şərhlər