Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərin erməni qəsbkarlığı nəticəsində öz yurdundan didərgin düşmüş rayonların siyasi fəal kəsimi ilə görüşləri davam edir.
Müsavat Partiyasının mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Füzuli və Ağdam sakinləri ilə keçirilən görüşlərdən sonra növbəti bənzər görüş Cəbrayıl rayonundan olan fəallarla olacaq.
Bildirilir ki, görüş aprelin 14-də saat 14-də Müsavat Partiyasının mərkəzi qərargahında baş tutacaq.
Qeyd olunur ki, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün arzu edən Cəbrayıl sakinləri görüşdə iştirak edə bilər.
Qaynar.info
Şərhlər