Müsavat başqanı İsa Qəmbər Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun iyulun 8-də yaydığı müraciətə münasibət bildirib.
Şura üzvlərinə ünvanlanan müraciətində Rüstəm İbrahimbəyov qeyd edib ki, vahid namizəd irəli sürülməmişdən əvvəl Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası öz namizədlərini müəyyənləşdirmişdilər. Rüstəm İbrahimbəyov vurğulayıb ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə demokratik düşərgədən ikinci namizəd olmamalıdır.
“Musavat.com”un məlumatına görə, Rüstəm İbrahimbəyovun tezisinə münasibət bildirən İsa Qəmbər deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil: “Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqenin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq bu riski də hər kəs nəzərə almalıdır.
Şərhlər