"İşğaldan azad olunan ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə, bu işlərin başa çatdırılması isə 10 il müddətində nəzərdə tutulur”.
APA xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov söyləyib.
O bildirib ki, ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500 ədəd piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb.
"Hazırda partlamamış silah-sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrinin təmizlənməsi 3-5 ilə, tam olaraq bu işlərin başa çatdırılması isə 10 il müddətində başa çatdırılması nəzərdə tutulur.
10 il dedikdə, bu, insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən tam olaraq azad olunma, ucqar dağlıq ərazilərdə, əkin-otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur”.
Şərhlər