Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara reaksiya verib.
O, AzVision.az-a açıqlamasında bu informasiyaların şayiə olduğunu deyərək hazırda iş başında olduğunu bildirib: “Bu məlumatları indi sizdən eşidirəm. Həqiqəti əks etdirməyən xəbərlərdir. Heç bir yerə getməmişəm. Hazırda işdəyəm,obyektdə yoxlamalar aparıram. Narahat olmayın hər şey yaxşıdır”.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, BŞİH başçısı Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə xəbərlər yayılıb.
Qaynar.info
Şərhlər