Dünya 12:29 07.09.2019

İŞİD-in cəllad "hakim"i İstanbulda ələ keçdi

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi İŞİD terror təşkilatının "hakim"ini ələ keçirib.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, polis əməkdaşları İŞİD-in Suriyanın Raqqa şəhərindəki fəaliyyətində yer alan M.E.B adlı şəxsin Türkiyəyə daxil olması barədə məlumat əldə edəndən sonra əməliyyata başlayıb. 3 sentyabrda baş tutan əməliyyat nəticəsində M.E.B saxlanılaraq İstanbul Polis İdarəsinə aparılıb. Terrorçunun üzərindən başqa şəxsə aid Suriya pasportu, həmçinin terror təşkilatı ilə əlaqədar sənədlər tapılıb.

Bildirilir ki, həbs edilən şəxs Raqqada bir çox məhbusun edamı barədə qərar çıxarıb.

Gülşən