Dünya 15:14 26.11.2013

İslam dinini qadağan edən prezident Bakıda oxuyub

Anqola hökuməti ölkə ərazisində bütün məscidlərin qapadılası barədə qərar qəbul edib və ölkədə İslamı qeyri-qanuni din elan edib. 

Azərbaycan Neft və Kimya İnstitutunun (Hazırkı Neft Akademiyası) 1969-cu il məzunu, hazırda Anqolanın prezidenti Joze Eduardu duş Santuş bəyan edib ki, bu qərar Anqolada İslamın təsirinin sona çatmasıdır. 

Mədəniyyət naziri Roza Kruz e-Silvanın sözlərinə görə, Ədliyyə Nazirliyi və insan hüquqları da islamın qanuniləşməsinə razılıq vermir. Məscidlərin qapadılması isə Anqolada qeyri-qanuni dini sektalarla mübarizədə sonuncu addımdır. 

Luanda qubernatoru isə deyib ki, ölkədə radikal müsəlmanlar qəbul olunmur və Anqola hökuməti məscidləri və müsəlmanların digər ibadət yerlərini açmaq niyyətində deyil. 

Qeyd edək ki, hazırda Anqolada 80-90 min nəfər müsəlman yaşayır. Əhalinin qalan hissəsi isə yerli dinlərə, katolikliyə və protestantlığa inam gətirib. 

Qeyd edək ki, BMT-nin İnsan Haqları Komissarlığı bundan əvvəlki hesabatlarında Anqolada müsəlmanların təzyiqlərə məruz qaldığını qeyd edib. Bu ölkədə məscidlərə icazə verilmir, müsəlmanlar terrorla bağlı təqdim olunurlar. Cənubi Afrikada yerləşən Anqolanın 18,5 milyon nəfər əhalisi var. Əhalinin əksəriyyəti xristiandır. Əsasən, Qərbi Afrika ölkələrindən və Livandan köçənlərdən ibarət Anqola müsəlmanlarının sayı 90 min nəfər kimi göstərilir. /milli.az/