Foto 13:04 06.03.2019

İslam dövrünə aid ən qədim arxeoloji sahə kəşf edildi (FOTOLAR)

Qətərdə İslam dövrünə aid ən qədim arxeoloji ərazi kəşf edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qətər Muzey İdarəsi yazılı məlumat yayıb. London Kollec Universiteti ilə əməkdaşlıq çərçivəsində Yuqbi bölgəsində aparılan qazıntılar nəticə verib. Həmin ərazinin inşasına Sasanilər İmperiyasının sonlarında, təxminən 538-670 illərdə başlanılıb, aşkar edilən memarlıq nümunələri isə Əməvilər dövründə (661-750-ci illər) tikilib. Sahədən kirəmit məhsullar, şüşə parçaları, metallar, daş qablar, ev əşyaları tapılıb. 

Qeyd edək ki, arxeoloji qazıntılara 3 il əvvəl start verilib.

Gülşən