Berlində keçirilən Alman İslam Konfransının iştirakçılarına qəlyanaltı qismində donuz ətindən kolbasa təqdim olunub.
Oxu.Az Die Welt nəşrinə istinadən xəbər verir ki, konfrans iştirakçılarının bəziləri bunu müsəlmanlara hörmətsizlik kimi qəbul ediblər.
"Daxili İşlər Nazirliyi bununla nə demək istəyir? Donuz ətini yeməyən müsəlmanlara bir qədər hörmətlə yanaşmaq da olardı”, - deyə konfransda olan jurnalistlərdən "Twiter”də yazıb.
Konfrans iştirakçılarına 13 növ qəlyanaltı təqdim olunub. Donuz kolbasası siyahıda olmayıb.
Almaniya Daxili İşlər Nazirliyi konfrans iştirakçılarından üzr istəyib.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər