Qaynar.info musavat.com-a istinadla xəbər verir ki, hadisələrdin törədilməsində və orada iştirakda şübhəli qismində saxlananlar ötən gün Bakıya gətirilib:
“Yaxınlarının verdiyi məlumata görə, onları DİN-in Banditizmə və Terrorizmə Qarş Mübarizə Baş İdarəsində saxlayırlar. İstintaq işini isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun rəhbərliyi altında xüsusi yaradılmış qrup aparır. Onlar bu gün axşamüstü (dünən- red.) İsmayıllını tərk ediblər. Saxlananlardan birinin - Vasif İbrahimovun vəkili NƏVAİD ABBASOVOV jurnalistlərə deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin saxlanması tamamilə qeyri-qanuni həyata keçirilib. Onun iddiasına görə, saxlanan Vasif İbrahimov məhkəməyə aparılmayıb. Rayonun Polis İdarəsinə bir hakim gətirib, həbs qətimkan tədbirini orada sənədləşdiriblər. Vəkil iddia edir ki, istntaq qrupu saxlananlarla və onların yaxınları ilə, o cümlədən də vəkillərlə aqressiv davranır. Nəvaid Abbasov deyir ki, 2 gün ərzində hüquqlarını müdafiə etdiyi şəxslə görüş ala bilməyib. ”
Şərhlər