Dünya 19:02 06.08.2020

İspaniya qərar verdi: 32 min əhalisi olan şəhər təcrid edilir

İspaniya Kastilya və Leon Muxtar Birliyinin ərazisində yerləşən Aranda de Duero şəhəri COVID-19 koronavirus pandemiyası ilə əlaqədar giriş çıxışa qapadılacaq.

Qaynarinfo xəbər verir ki, EFE agentliyi məlumatında deyilir. 

Məlumata görə, bu qərar regional hökumət tərəfindən qəbul edilib və məhkəmə tərəfindən təsdiqlənib.

Təcrid avqustun 7-dən etibarən tətbiq ediləcək.
 
Alpər