Dünya 11:55 15.07.2019

İspaniyada kütləvi tətil: qatar səfərləri təxirə salındı

İspaniyada 320 qatar reysi təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb "Renfe" dəmir yolu operatorlarının tətilidir. İşçilər yeni iş yerlərinin yaradılması, iş günlərinin azaldılması və maaşlarının artırılmasını tələb edir. 

Tətil bu gün saat 23:00-da yekunlaşacaq və ölkə daxili, həmçinin uzun məsafəyə səyahət edən sürət qatarlarının hərəkətinə təsir göstərəcək.

Gülşən