Dünya 10:42 11.05.2021

İsrail Qəzzada 130 hədəfi vurdu - Hizbullah fələstinlilərə kömək etmək istəyir

Bu gecə İsrail Hərbi Hava Qüvvələrinin Wall Guard əməliyyatı çərçivəsində həyata keçirdiyi kütləvi zərbələr nəticəsində Qəzza zolağındakı yüz otuz hədəf vurulub. 

Qaynarinfo xəbər verir ki, məhv edilmiş hədəflər arasında hərbi infrastruktur, Həmas funksionerləri və sərhəd altında yerləşən iki tuneldə olan azı 15 döyüşçü var.

Livan "Hizbullah"ı ilk çağırışda İsrail ilə mübarizədə fələstinlilərə kömək etməyə hazır olduqlarını dilə gətirib. Bu barədə "Voenniy Obozrevatel Telegram" kanalı yazır.

Mayın 10-da saat 18:00-dan etibarən Qəzza zolağının ərazisindən təxminən 200 raket atılıb, bunların üçdə biri sərhədə düşüb, "Dəmir Günbəz" komplekslərinin uğurlu tutma faizi 90%-i keçib. 

Alpər