Dünya 10:08 30.05.2018

İsrail Qəzzaya 25 raket zərbəsi endirdi: Həmas hədəfə alındı

İsrail höküməti Qəzzanı hədəf alan hava hücumlarına start verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada 25 Həmas nöqtəsi və tunellər hədəf alınıb. Hücumlar səbəbilə bəzi fələstinlilər gecəni sığınacaqlarda keçirib. 

Qeyd edək ki, ötən gün Qəzzadan İsrailə 50 raket zərbəsi endirilmişdi. 

Son 1 ayda ABŞ-ın səfirliyini Tel-Əvivdən Fələstinlə İsrail arasında mübahisəli ərazi olan Qüdsə köçürməsi bölgədə gərginliyin daha da artmasına səbəb olub. 

Gülşən