Xəbər lenti

İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
Dünya 23:10 25.05.2018

İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

İsrail Ali məhkəməsi iki insan haqları təşkilatının İsrail hərbçilərinin Qəzza zolağında fələstinli etirazçıları atəşə tutmasının qadağan edilməsi haqqında ərizəsini təmin etməyib.

Bu barədə "The Times of Israel” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, terrorçu qruplaşmalar, o cümlədən HƏMAS, qəsdən dinc etirazçıların, qadın və uşaqların arasına yaraqlıları buraxır və israilli hərbçilərinin işini çətinləşdirməyə çalışır.

Vəkil Maykl Sfard dinləmələrdən əvvəl, İsrail hərbçilərinin hərəkətlərinin silah tətbiqi ilə bağlı beynəlxalq normalara zidd olduğunu bildirib.

"Heç bir təhlükə yaratmayan silahsız vətəndaşlara atəş açmaq, qanuna ziddir”, - deyə vəkil bildirib.

İsrail hökuməti isə buna cavabında HƏMAS-ın çağırışı ilə keçirilən aksiyalarda iştirak edən insanların dinc vətəndaşlar kimi qələmə verilməsinin düzgün yanaşma olmadığını vurğulayıb.

Qeyd edək ki, Qəzzada "Böyük qayıdış” adlı yürüşdə meydana gələn toqquşmalarda 79 fələstinli həlak olub, 2200-dən çox insan yaralanıb.(oxu.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->