İsrailin sabiq Müdafiə və Xarici işlər naziri Aviqdor Liberman Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində ölkə vətəndaşlarının həlak olması ilə əlaqədar Azərbaycan xalqını dəstəklədiyini bildirən audiomüraciət yazdırıb.
Qaynarinfo xəbər verir ki, audiomüraciətdə deyilir:
"Münaqişə zonasına daxil olmayan regionların atəşə tutulması beynəlxalq hüququn birbaşa pozulmasıdır. Dinc sakinlərin – yaşlıların və uşaqların qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir. Bu, Cenevrə Konvensiyasından başlayaraq, bütün beynəlxalq hüquqi normalara ziddir.
Sizin xalqınız üçün bu mürəkkəb anlarda mən, ilk növbədə, qətlə yetirilənlərin bütün doğmalarına və yaxınlarına başsağlığı vermək və əlbəttə, bütün Azərbaycan xalqını dəstəklədiyimi bildirmək istəyirəm.
Çox ümid edirəm ki, bu münaqişənin növbəti dəfə alovlanması ən qısa müddətdə başa çatacaq və buna görə cavabdeh olanların hamısı layiqli cəzalarını alacaqlar”.
Şərhlər