İsrail ordusu Suriyada Bəşər Əsəd və İrana aid hədəflərə hava hücumları təşkil edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, vurulan yerlər arasında Bəşər Əsəd rejiminə aid 3 havadan mühafizə sistemi və İrana aid 4 hərbi baza var. Suriya prezidentinin iqamətgahına yaxın yerin də bombalandığı, ərazidə 6 partlayışın eşidildiyi bildirilir. Suriya höküməti zenit raket atəşi ilə bu addıma cavab verib.
Qeyd edək ki, səhər saatlarında İsrail İrana aid pilotsuz təyyarəni vurub. Daha sonra Suriya İsrail təyyarəsinə raket hücumu edib və İsrail ordusunun üzvləri yaralanıb.
Gülşən
Şərhlər