İsrailin daxili işlər naziri Arye Deri barədə istintaq prosesinə start verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya hökumətinin üzvlərindən olan Şas partiyasının lideri olan Deri korrupsiya, vergidən yayınma, çirkli pulların yuyulmasında ittiham edilir. 3 ildir nazir postunda olan Arye Deri qanunsuz əməllərin böyük hissəsində 2015-ci ildən əvvəl iştirak edib.
Qeyd edək ki, nazir 2000-ci ildə korrupsiya və rüşvətxorluq ittihamları ilə 22 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Gülşən
Şərhlər