Foto 09:52 18.11.2019

İstanbul qatı dumana büründü, nəqliyyatın hərəkəti dayandı (FOTO)

"Boğazda güclü sis-duman üzündən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Mərkəzi marşrutlarda isə nəqliyyatın hərəkəti davam etdirilir”.

Qaynarinfo xəbər verir ki, bu haqda İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Marşrutları AŞ-nin verdiyi açıqlamada deyilir.

Gecə saatlarında şəhər daxilində başlayan qatı duman səhər tezdən də qalmaqda davam edib. Duman səbəbiylə İstanbulda bütün gəmi səfərləri təxirə salınıb. Görünüş məsafəsi azalıb, sürücülər böyük çətinliklə üz-üzə qalıb.

Qeyd edək ki, sis səbəbiylə Sabiha Gokcen Beynəlxalq Hava Limanında da uçuşlar bir müddət dayandırılsa da, sonrakı saatlarda uçuşlar bərpa olunub.

Alpər