Dünya 22:33 29.11.2021

İstanbulda məktəblər bağlandı

İstanbulda fırtına ilə əlaqədar məktəblər noyabrın 30-da bağlanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerliqaya özünün "Twitter” səhifəsində yazıb.

O bildirib ki, İstanbulda təhsil bir günlük onlayn olaraq davam edəcək.

Analoji qərar Kocaeli bölgəsində də qəbul edilib.

Qeyd edək ki, bu gün fırtına və güçlü külək İstanbulda 4 nəfərin həyatına son qoyub, 38 nəfər yaralanıb.