Azərbaycan və Türkiyə qırıcıları İstanbulda nümunəvi uçuşlar keçirdi (YENİLƏNİB/VİDEO)
İstanbulda "Texnofest-2021” festivalında iştirak edən Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr nümunəvi uçuşlar həyata keçiriblər.
Qaynarinfo xəbər verir ki, Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-nə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.
09:30
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları bu gün İstanbul boğazı üzərinə uçuş həyata keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə MN-in xəbərdə bildirilir: "Bu gün İstanbulda saat 11.00-11.30 radələrində gözlərinizi göydə saxlayın. İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı keçiriləcək. TEKNOFEST-dən əvvəl Hava Qüvvələrimizə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 təyyarələri İstanbul boğazında salamlama uçuşu gerçəkləşdirəcək”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər