Ölkə 23:55 18.04.2019

İstanbulun yeni bələdiyyə başqanı ilk təlimatını verdi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu ilk gününə bələdiyyə işçiləri ilə tanışlıqla başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, otaqları bir-bir gəzərək işçilərlə tanış olan İmamoğlu daha sonra bələdiyyənin mətbəxinə girib.

O, aşpazlardan "Bu gün yeməkdə nə olacaq?” deyə soruşub. Aşpazlardan biri "Badımcan yeməyi, sizin üçün də antrikot” deyə cavab verib.

Bu cavab yeni bələdiyyə sədrinin etirazına səbəb olub: "Olmaz, bu, yanlışdır. Bundan sonra hər kəsə eyni yemək olacaq” (virtualaz.org)